ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina olmadığını bəyan edib.
O, bu barədə “MS NOW” telekanalında açıqlama verib.
Ağ Ev rəhbəri müxbirin Hörmüz boğazında minaların olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib:
“Biz belə düşünmürük”.
Qeyd edək ki, ötən gün ABŞ kəşfiyyat agentlərinin İranın Hörmüz boğazı gəmi kanalında minaların yerləşdirilməsi üçün addımlar atdığına dair məlumat almağa başladıqları haqda məlumat yayılmışdı.
"Cebheinfo.az"