RU

İranın yeni Ali lideri tədbirə karton maketi ilə “QATILDI” — Maraqlı GÖRÜNTÜLƏR – VİDEO

Müctəba Xamenei tədbirə öz əvəzinə karton fiqurunu göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası kadrlar yayımlayıb.

İranın yeni Ali lideri Müctəba Xamenei təhlükəsizlik mülahizələrinə görə rəsmi tədbirlərdən birində şəxsən iştirak edə bilməyib.

Onu tədbirdə təmsil etmək üçün maraqlı üsula əl atılıb: Ali liderin olduğu yerə üzərində onun fotoşəkili əks olunan insan boyda karton maket yerləşdirilib.

Qeyd olunur ki, bu görüntülər süni intellekt məhsulu deyil, birbaşa İranın dövlət kanalı vasitəsilə nümayiş etdirilən real kadrlardır.

Ali liderin tədbirə bu formada “qatılması” həm ölkə daxilində, həm də beynəlxalq mediada geniş müzakirələrə və təəccübə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники