RU

KİV: 2022 ci ilin oktyabrından bəri Almaniyada 25 mindən çox ukraynalı hərbçi təlim keçib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

2022-ci ilin oktyabr ayından etibarən Almaniyada 25 mindən çox ukraynalı hərbçi hazırlıq keçib.

APA xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının təlim missiyası (EUMAM) çərçivəsində Almaniyadakı təxminən 50 təlim mərkəzində 100-dən çox hazırlıq proqramı həyata keçirilib.

Hazırda Saksoniya-Anhalt federal torpağında yerləşən hərbi poliqonlardan birində Bundesver ukraynalı hərbçilərə "Leopard 1A5" əsas döyüş tanklarının və "Biber" zirehli körpüquran texnikasının idarə olunmasını öyrədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
1
apa.az

2Источники