RU

Ali Tsokayev: "Bu, Avropada ilk qızıl medalımdır"

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olan Azərbaycan güləşçisi Ali Tsokayev ilk qızıl medalını əldə etdiyi üçün sevinclidir.

"Far.Az" xəbər verir ki, güləşçi bunu yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.

Avropa çempionu növbəti hədəflərindən də danışıb: "Bu, Avropada qazandığım ilk qızıl medaldır. Əvvəllər dünya çempionatında da ilk üçlükdə yer almışdım, lakin qızıl medal qazanmaq qismət olmamışdı. Allahın köməyi ilə bu dəfə qalib gəlməyi bacardım.

Məşqçi heyətinə, Azərbaycanın güləş üzrə yığma komandasına, eləcə də üzərimizdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. İnşallah, gələcəkdə daha böyük nəticələr göstərəcəyik. Bizə azarkeşlik edən, həyəcanlanan hər kəsə minnətdaram. Bu uğurların davamı gələcək".

Избранный
65
far.az

1Источники