RU

İraq sahillərində yanan iki tankerdən 25 nəfər xilas edildi

BAKI, 12 mart. TELEQRAF

İraqın cənub sahilləri yaxınlığında alovlanan iki neft tankerindən 25 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Məlumata görə, tankerlərin göyərtəsində partlayışlar baş verdikdən sonra yanğın başlayıb. Hadisə barədə məlumat daxil olan kimi İraq xilasediciləri dərhal əraziyə yollanıblar.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir və digər ekipaj üzvlərinin təxliyəsi istiqamətində işlər görülür.

Избранный
77
teleqraf.com

1Источники