RU

İş adamından “BORC” FIRILADAĞI: iri müəssisə rəhbəri barəsində cinayət işi BAŞLADILDI

Oryol vilayətində iri zavod sahibi maliyyə fırıldaqlarında şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə “Life” nəşri məlumat yayıb.

Rusiyanın Oryol vilayətində şəhər əhəmiyyətli iri zavodun sahibi Aleksandr Kazaçenko özünə borc pul verməkdə şübhəli bilinir.

İş adamının rəhbərlik etdiyi “Melor” və “Promseolit” firmaları ətrafında qalmaqal eko-fəalların lisenziyasız mədən işlərini aşkar etməsindən sonra böyüyüb.

Müəyyən edilib ki, o, qanunsuz yolla xammal hasil edərək öz zavoduna göndərib.

Məhkəmə araşdırmaları zamanı daha sarsıdıcı bir fakt üzə çıxıb: Kazaçenko müəssisənin hesablarından özünə və onunla əlaqəli olan digər təşkilatlara borc şəklində 85,6 milyon rubl (təxminən 1 837 000 manat) vəsait çıxarıb.

Eyni zamanda, şirkətin keçmiş tərəfdaşlarına (“Seotreyderesurs”) 90 milyon rubl (təxminən 1 931 000 manat) borcu olsa da, məhkəmə qərarına rəğmən bu vəsaiti geri qaytarmaqdan boyun qaçırır.

Hazırda cinayət işi çərçivəsində şirkətin bütün aktivlərinə həbs qoyulub. İstintaq prosesinə polkovnik Stanislav Drabinka nəzarət edir.

Mənbənin iddiasına görə, Kazaçenko Oryol vilayət hökumətindəki yüksək rütbəli əlaqələrindən istifadə edərək cinayət işini bağlatmağa çalışır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
50
interpress.az

1Источники