RU

Dövlət Dumasından ŞOK İDDİA: Növbəti hədəf Rusiyadır

Tramp İrandan sonra Rusiyaya hücum edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov bildirib.

Züqanov bəyan edib ki, hazırda İran sağ qalmaq uğrunda ölüm-dirim mübarizəsi aparır, lakin Moskva növbəti hədəf olacağına hazır olmalıdır.

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın xarici siyasət strategiyası konkret rəqiblərin sıralanmasına əsaslanır.

“Yaşamaq uğrunda mübarizəyə gəlincə, hazırda İran döyüşür. Biz növbəti olacağıq. Trampın strategiyasına baxın: birinci yerdə — Çin, ikinci yerdə — biz (Rusiya), üçüncü yerdə isə — İran dayanır”, – deputat vurğulayıb.

Züqanov qeyd edib ki, Vaşinqtonun regiondakı hərəkətləri uzunmüddətli strateji planın tərkib hissəsidir və Rusiya bu təhdidlərə qarşı ayıq-sayıq olmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
150
interpress.az

1Источники