Dubayda pilotsuz uçuş aparatı (PUA) binaya düşüb.
"Far.Az"un xəbərinə görə, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb.
"Hakimiyyət orqanları binadakı hər kəsin təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları aparır", - bəyanatda deyilir.
Mülki müdafiə bölmələrinin yanğını lokallaşdırdığı bildirilir. İlkin məlumata görə, xəsarət alan yoxdur.