
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) daxil olan Füceyrə əmirliyindəki neft yatağına və Şarja əmirliyindəki sənaye zonasına hücumlar təşkil etdiyini bildirib.
İran dövlət televiziyasının sitat gətirdiyi sənəddə deyilir ki, qeyd olunan hədəflər birbaşa zərbələrlə vurulub və obyektlərə ciddi zərər yetirilib. SEPAH-ın məlumatına görə, Füceyrə və Şarjadakı iqtisadi mərkəzlərlə yanaşı, Küveytdə yerləşən ABŞ hərbi bazası da əməliyyatın əsas hədəfləri sırasında olub.
Hazırda regionda enerji obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar pik həddə çatıb.