RU

Gəncədə atasını qətlə yetirən 17 yaşlı oğul saxlanılıb - YENİLƏNİB

Gəncədə atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağşyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.



***
06:40

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, oğul atasını odlu silahla güllələyərək qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
6
apa.az

10Источники