RU

ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq

ABŞ administrasiyası Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılacağını açıqlayıb.

Marja.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, International Energy Agency (IEA) üzvü olan 32 ölkə ABŞ prezidenti Donald Trampın enerji qiymətlərini aşağı salmaq məqsədilə ehtiyatlardan koordinasiyalı şəkildə 400 milyon barel neft və neft məhsullarının bazara buraxılması ilə bağlı çağırışını yekdilliklə qəbul edib.

Açıqlamada qeyd olunub:

“Bu təşəbbüsün bir hissəsi olaraq prezident Tramp Energetika Nazirliyinə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılması üçün səlahiyyət verib.”

Bildirilib ki, sözügedən neftin bazara çıxarılması təxminən 120 gün davam edəcək.

Eyni zamanda açıqlamada qeyd olunub ki, strateji ehtiyatların gələn il yenidən doldurulması planlaşdırılır. Planlara əsasən ehtiyatlar təxminən 200 milyon barel həcmində – yəni çıxarılan həcmdən 20% daha çox olacaq şəkildə bərpa ediləcək və bu proses vergi ödəyicilərinə əlavə maliyyə yükü yaratmadan həyata keçiriləcək.

İş elanları AzVak.az-da

Избранный
34
marja.az

1Источники