ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Manikür və pedikür zamanı yaranan hətta ən kiçik kəsiklər belə infeksiyalar üçün “giriş qapısı” ola bilər.
Redaktor.az xəbər verir ki, bu haqda bioloq İrina Lyalina lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, prosedur zamanı istifadə olunan alətlər su, dəri və müxtəlif mikroblarla tez-tez təmasda olur. Bu isə kəsiklərə bakteriya, göbələk və hətta virusların düşmə riskini artırır. Nəticədə infeksiya yaranarsa, iltihab və irinləmə prosesləri sürətlə inkişaf edə bilər.
Bioloq qeyd edib ki, xüsusilə “yaş” manikür və pedikür zamanı yaranan xırda yaralar su və kimyəvi maddələrlə davamlı təmasda olduğu üçün daha gec sağalır. Bu da sonradan xroniki iltihaba səbəb ola bilər.
Onun sözlərinə görə, nadir hallarda, lakin ağırlaşmış vəziyyətlərdə irinli proses yayılaraq qan zəhərlənməsi (sepsis), vətərlərin iltihabı, sümüklərin – barmaq falanqalarının zədələnməsi və hətta toxuma nekrozu ilə nəticələnə bilər. Bəzi hallarda isə bu, amputasiyaya qədər gətirib çıxara bilər.
Lyalina həmçinin xəbərdarlıq edib ki, steril olmayan alətlərdən istifadə edildikdə kəsiklər vasitəsilə hepatit B və C, eləcə də HİV kimi təhlükəli viruslara yoluxmaq ehtimalı da mövcuddur.
Mütəxəssis belə halların qarşısını almaq üçün manikür və pedikürü yalnız peşəkar ustalara etibar etməyi və alətlərin keyfiyyətli üç mərhələli sterilizasiyasına diqqət yetirməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.