RU

İsrail yenidən İrana qarşı hücuma keçdi – Tehrana bombalar yağır…

İsrail Ordusu Tehrana qarşı genişmiqyaslı zərbələr dalğasına başladığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəsmi Teleqram kanalında məlumat verilib.

Məlumata görə, bundan əvvəl İsrail hərbçiləri İran ərazisindən İsrail istiqamətində buraxılan raketləri qeydə alıblar.

Hazırda hava hücumundan müdafiə sistemləri həmin hücumu dəf etmək üçün fəaliyyət göstərir.

Hadisə ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı bildirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
35
konkret.az

1Источники