RU

Tehranda terror aksiyası – 10 polis həlak oldu


İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində təxminən 10 təhlükəsizlik əməkdaşı həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadla “Fars” agentliyi məlumat yayıb.
Mənbələrin məlumatına görə, Tehrandakı bir nəzarət-buraxılış məntəqəsinə terror hücumlarında bir qrup təhlükəsizlik qüvvəsi əməkdaşı öldürülüb.
Eyni mənbələr şəhərin bir neçə ərazisində toqquşmalar və partlayışlar barədə məlumat veriblər. Onlar iddia ediblər ki, hücumların xarakteri nəzərə alınmaqla, onlar İsrailin “Mossad” kəşfiyyat xidməti tərəfindən təhrik edilib və ölkədə təxribat yaratmaq məqsədi daşıyıb.
Избранный
62
yeniavaz.com

1Источники