RU

Moldova MDB-dən çıxdı

Yazını böyüt
Yazını kiçilt

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Müqavilə, Protokol və Nizamnamənin ləğvi barədə qərar qəbul edib və beləliklə, təşkilatdan çıxma prosesinin son mərhələsinə qədəm qoyub.

Hafta.az yazır ki, Moldova Xarici İşlər Nazirliyi tərəfindən başlanan prosedur 11 martda keçirilən kabinet iclasında nazirlər tərəfindən tam dəstək alıb. Nazirlik qərarın səbəbi kimi Rusiyanın birliyin fundamental prinsiplərini pozmasını göstərib və eyni zamanda bu addımın ölkənin Avropa İttifaqına (Aİ) qoşulma məqsədinin bir hissəsi olduğunu vurğulayıb. Hökumətin təsdiq edilmiş ləğv qərarı yekun təsdiq üçün parlamentə göndəriləcək.

Xarici İşlər Nazirliyi təsis müqavilələrinin ləğvinin dərhal ölkə iqtisadiyyatına və vətəndaşlarına fayda verən digər alt müqavilələrin ləğvi demək olmadığını bildirib.

Moldova milli maraqlara uyğun olduğu müddətcə MDB ölkələri ilə ticarət müqavilələrini, xüsusən də Azad Ticarət Zonasını tətbiq etməyə davam etməyi planlaşdırır.

Bundan əlavə, MDB-dən çıxmağın vətəndaşların sərbəst hərəkət hüquqlarına təsir etməyəcəyi bildirilib. Xarici İşlər Nazirliyi bu məsələlərin artıq üzv dövlətlərlə ikitərəfli müqavilələrlə təmin olunduğunu, buna görə də Moldova vətəndaşlarının səyahət və viza proseslərində heç bir problem yaşamayacağını açıqlayıb.

Избранный
29
hafta.az

1Источники