RU

"Real" və PSJ-dən böyükhesablı qələbə

Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Hit.az xəbər verir ki, 2-ci oyun günündə də 4 matç keçirilib.

"Arsenal" Almaniyada "Bayer"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sportinq" səfərdə turnirin sürpriz komandası "Bodo-Qlimt"lə qarşılaşıb. Norveç klubu 3 cavabsız qolla bu dəfə də təəccübləndirməyi bacarıb. PSJ və "Çelsi" Fransada üz-üzə gəlib. Meydan sahibləri rəqibini 5:2 hesabı ilə üstələyib.

Madriddə isə "Real" "Mançester Siti" ilə qarşılaşıb. İspaniya klubu Federiko Valverdenin het-triki ilə qalib gəlib - 3:0.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

11 mart

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Arsenal" (İngiltərə) - 1:1

Qollar: Andrix, 46 – Haverts, 89-pen.

00:00. "Bodo-Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya) - 3:0

Qollar: Fet, 31-pen. Blomberq, 45+1, Hoq, 71

00:00. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 5:2

Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.

00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:0

Qollar: Valverde, 20, 27, 42

Избранный
50
1
hit.az

10Источники