RU

Azərbaycanda energetika sahəsində 13 yeni dövlət standartı qəbul edilə bilər

Bakı. Trend:

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunanenerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibridformatında iclası keçirilib.

Trendnazirliyiə istinadən xəbər verir ki, Texniki Komitənin katibi ArifNəzərov çıxış edərək son illərdə standartlaşdırma sahəsində qəbulolunmuş hüquqi aktların energetikada da yeni standartlarınhazırlanmasını zəruri etdiyini bildirib.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (PHŞ)və Texniki Komitəyə üzv olan qurumların nümayəndələrinin iştirakıilə keçirilən iclasda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin(EMTA) IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dairrəy və təkliflər müzakirə edilib.

İclasda, həmçinin terminologiyanın milliləşdirilməsininAzərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti vurğulanıb.

Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla energetikasahəsinə aid 13 standart layihəsinin təsdiq edilərək “AzərbaycanStandartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsirazılaşdırılıb.

Məqalədə:
Избранный
63
6
az.trend.az

8Источники