Rusiyanın Krasnodar diyarının Tixoretsk rayonunda yerləşən neft bazası martın 12-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, neft bazasının ərazisində baş verən yanğının səbəbi PUA qalıqlarının düşməsi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın ümumilikdə 150 kvadratmetr sahəni əhatə edib. Alovun söndürülməsi üçün 83 nəfər şəxsi heyət və 26 texnika cəlb olunub.
Şahidlərin paylaşdığı görüntülərə görə, yanğın yerli neft bazasındakı çənlərdə baş verib. Həmin obyekt “Tixoretsk-Neft” şirkətinə məxsus neft ötürmə məntəqəsinin bir hissəsidir.