RU

Vayra Vike Frayberqa: Prezidentin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün mühüm olub

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün son dərəcə mühüm olub".

APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Artıq 13-cü dəfədir ki, bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına təşəkkürümüzü bildiririk. Prezident İlham Əliyevin iştirakı və dəstəyi Mərkəzin inkişafı və böyüməsi üçün son dərəcə mühüm olub. Xatırlayıram ki, illər əvvəl bu təşəbbüsə başlayanda Prezident Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edən bir qrup insanı hər il təkrar keçiriləcək belə görüşlərin təşkilinə dəvət etmişdi. O zaman o bildirmişdi ki, Azərbaycanın daha genişmiqyaslı tədbirlərə ev sahibliyi etməsini görməkdən məmnun olardı. Həmin ilk tədbir uğurlu və maraqlı olsa da, bugünkü forumla müqayisədə daha məhdud miqyaslı idi. Bu gün isə, xanımlar və cənablar, siz dünyanın müxtəlif yerlərindən buraya gəlmisiniz. Bu çətin və təhlükəli dövrlərdə burada olduğunuz üçün sizə təşəkkür edirəm”, - deyə Vayra Vike-Frayberqa qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
3
apa.az

4Источники