Ukrayna Prezidenti Volodimir Zelenski sabah Fransaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Məlumata görə, Zelenski Fransa Prezidenti Emmanuel Makron ilə görüşəcək.
Görüş zamanı tərəflər Ukraynanın özünü müdafiə etməsinə dəstək məqsədilə Fransa və Avropa tərəfdaşlarının yardımlarını, həmçinin Rusiyaya təzyiqin artırılması yollarını müzakirə edəcəklər.
Bundan əlavə, Ukraynada ədalətli və davamlı sülhün şərtləri barədə fikir mübadiləsi aparılacaq.