RU

"İdeal" MTK-dan qanunsuzluq - Xırdalanda aparılan sənətsiz artırmaya Şəhərsalma, FHN və icra şərikdir!?/FOTO

Abşeron rayonun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən artırmalar və tikinti işlərinin qarşısı hələ də alınmır.

Ekologiya.az xəbər verir ki,  İH-nın xeyir-duası ilə qanunsuz tikintilərdən biri də Xırdalanda yaşanır və burda qanunvericiliyin tələbləri kobud şəkildə pozulub deyə iddia olunub.


Bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin bəzi biznesmen vəzifəliləri tərəfindən neçə - neçə qanunsuz artırmalarla yanaşı günü-gündən çoxalan tikintilərə də "ver gülüm" mexanizimi ilə bilərəkdən göz yumulur.

Vəziyyət belə olan halada sahibkar və ya əmlak sahibləri zirzəmilərində torpaq qatının çıxarılması, mişar daşlarından olan hörgünün dağıdılaraq sökülməsi, eləcə də qanunvericiliyə uyğun olmayan tikinti-quraşdırma işlərinin aparılmasına görə, birbaşa cavabdeh vəzifəlidən "icazə" ala bilirlər.

Qeyri-qanuni fəaliyyətlərin baş alıb getdiyi rayonda həyata keçirilən tikinti işlərinə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəlada Hallar Nazirliyi də nədənsə müdaxilə edə bilmir. Və, Abşeron Rayon İcra Hakimiyyətinin bir çox qanunsuz tikintilərin "icazə əsər"inə heçnə olmamış kimi baxmaqdadırlar.

Daxil olan məlumatda bildirilir ki, İH-lə danışılımış bir sıra tikintilərdə qara, para işlərini həyata keçirən  "İdeal" MTK-da qanunsuzluqlar bitmək bilmir.

İddia olunan ərazidə yəni, Xırdalanada aparılan tikintilərinin əksəriyyətində ciddi qanun pozuntularlı aşkarlanıb. Sözü geden MTK-nın tikintisini aparan şirkət istəyinə uyğun tikintinin lahiyəsini Şəhərsalma və FHN-dən icazəsi olmadan bildiyi kimi bəzi müdaxilər edərək qanunsuz tikinti işini davam etdirir və yenə də göz yumulur. 

Mənbə onu da əlavə edib ki, bunlar azmış kimi tikinti aparan şirkətin özbaşınalıqları bununla bitmir.Üzərinə öhdəliklər götürən şirkət fəhlələrinin təhlükəsizliyi ilə yanaşı, tikinti aparılan binanın ətrafından keçən sakinlərin  təhlükəsizliyini də sual altında qoyur. Yəni, şirkət fəhlələri dəbilqəsiz işlədir, heç bir həhlükəsizlik qaydalarına riayyət olunmur, lakin Fövqəladə Hallar Nazirliyinin rayonda olan cvabdeh vəzifəliləri də bu qanunsuzluğa göz yumur. FHN-nin həmin vəzifəlisi qanunsuzluğa belə şərik olması birbaşa vəzifədən sui-istifadə halını ortaya qoyur. 

Bu baxımdan da "İdeal" MTK Tikinti Şirkətinin rəhbəri Abşeron rayonun Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə, tikintisi yekunllaşmaqda olan binanın dam örtüyünə bilərəkdən müdaxilə edərək "mansard" tipli tikili tikintisi aparması qanuna görə, qeyri-qanuni sayılır. Cavabden qrumlar isə mütləq bu özbaşınalığın qarşısını almalıdırlar...!

Bu mövzu ilə araşdırmamız davam edir, qarşı tərəfin münasibət bildirmək haqı var. Reportyor.tv






Избранный
2
1
ekologiya.az

2Источники