RU

İran ətrafında baş verənlər Ermənistanla sülh müqaviləsinin imzalanmasına necə təsir göstərə bilər?

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"ABŞ, İsrail-İran müharibəsi dünya gündəmini öz üzərinə cəmləsə də digər müharibə, münaqişə və post müharibə proseslərinin zəifləməsi və ya geri plana çəkilməsi anlamına gəlməməlidir. Ümumiyyətlə, müxtəlif bölgələrdə gedən geosiyasi qarşıdurmalar muxtar şəkildə deyil, ümumi bir prosesin tərkib hissəsi kimi inkişaf edir. Bu baxımdan ABŞ, İsrail-İran müharibəsinin inkişafının və nəticələrinin Qafqaz bölgəsinə, konkret olaraq Azərbaycana və Ermənistanla başlayan sülh münasibətlərinin qurulması yolundakı fəaliyyətə təsirinin müharibənin ölkəmizə sıçramayacağı təqdirdə müsbət olacağı qənaətindəyəm".Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, ilk növbədə müharibə nəticəsində İran ciddi şəkildə hərbi və siyasi güc itkisinə məruz qalacaqdır:"Ölkəmizə qarşı zaman-zaman aqressiv siyasət aparan qonşumuzun zəifləməsi bütün hallarda bizim maraqlarımıza xidmət edir. İranın nüvə silahının yaradılması yönündəki fəaliyyətinin heçə endirilməsi isə sadəcə Azərbaycan üçün deyil, bütün bölgə ölkələri üçün əhəmiyyətli uğurlu nəticədir.İkincisi, İranda ABŞ-a loyal qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə bölgəmizdə yeni böyük geosiyasi aktor (ABŞ-ın timsalında) yerləşəcəkdir ki, bu da dövlətimizə daha çevik xarici siyasət yürütmək imkanları yaradacaqdır. Rusiyanın Qafqazda dominantlıq etmək niyyətləri və fəaliyyəti daha çətin olacaqdır.Üçüncüsü, İran Azərbaycan-Ermənistan münaqişəsinin başa çatmasında, sülh müqaviləsinin imzalanması üçün maneələrin ortadan qaldırılmasında maraqlı olmayan dövlətdir. Bunun üçün İranın 44 günlük müharibədən sonra Qafanda tələm tələsik konsulluq açmasını, Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxmasını xatırlatmaq yetərlidir. Eyni zamanda İran rejimi Ermənistanda mövcud olan revanşist qüvvələr üçün əsas ilham mənbəələrindən biridir. İranda ABŞ-a loyal iqtidarın formalaşması və ya mövcud İran rejiminin ciddi şəkildə zəifləməsi fonunda bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinə mənfi müdaxilə imkanları minimuma enəcəkdir.Dördüncüsü, müharibənin doğura biləcəyi ssenarilərdən asılı olaraq, İranda yaşayan soydaşlarımızın ən azı milli kimlik məsələləri yönündə müsbət irəliləyiş ola bilər.Beşincisi, bu müharibə ölkəmizə iqtisadi cəhətdən müəyyən dividentlər gətirə bilər. Müharibənin başlaması ilə Azərbaycan iqtisadiyyatı yaxın müddət üçün neft qiymətlərinin artması ilə, strateji baxımdan isə ölkəmizdən keçən tranzit yolunun əhəmiyyətinin artması ilə qazanacaqdır". Elçin Ağamalı qeyd edib ki, müharibənin olmasını və günahsız insanların ölməsini istəməzdik:"Ancaq fakt dəyişməz olaraq qalır. Müharibənin başlanması üçün mövcud şərtləri yaradan və müharibəni başlayan biz deyilik. Bu müharibə ətraf ölkələrə bu və ya digər şəkildə təsirsiz ötüşməyəcəkdir. Fikrimcə Azərbaycan bütün hallarda qazanan tərəfdə olacaqdır".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
newscenter.az

2Источники