RU

SEPAH Müctəba Xameneini buna görə rəhbər seçib – İLGİNC SƏBƏBLƏR

SEPAH daxilində baş verən proseslər və Müctəba Xamenei adının mümkün rəhbər varis kimi hallanması regionda ciddi müzakirələrə səbəb olub. Bəzi iddialara görə, onun önə çıxması ölkə daxilində müəyyən siyasi və hərbi dairələrin planı ilə bağlı ola bilər.

Niyə Müctəba Xamenei rəhbər seçildi? SEPAH-ın planı nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Murad Sadəddinov bildirib:

Politoloq

“Dəqiq səbəbini demək əlbəttə ki, çətindir. Biz fərziyyələr irəli sürə bilərik. Yayılan məlumatlara görə, bu gün İranda qalan rəhbərlik arasında müəyyən mübarizə gedir. O mübarizədə SEPAH-ın namizədi Müctəba Xameneidir. SEPAH çalışıb ki, onu rəhbər seçdirsin”.

Politoloqun sözlərinə görə, Laricaninin də öz qrupu var. O, öz qardaşını irəli sürmək istəyirdi. Amma açıq-aydın görünür ki, mübarizə gedir. Çünki bəzi Ayətullahlar seçkilərdə iştirak etmədiklərini dilə gətirib. Onlar bu məsələni şübhə altına qoyurlar.

“Müctəba Xameneinin dövləti idarə etmə vəziyyəti də sual altındadır. Çünki bu cür ağır vəziyyətdə seçilməsinə rəğmən, hər hansı bir qısa görüntüsü və yalnız müraciəti yoxdur. Bunlar hamısı müxtəlif şaiyələr üçün şərait yaradır”, — deyə politoloq vurğuıayıb.

Dəniz Pənahova
KONKRET.az

Избранный
78
konkret.az

1Источники