RU

Raulun tarixi rekordu qırıldı

İspaniyalı futbolçu Tyaqo Pitarç “Real”ın tarixinə düşüb.

Msport.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi buna “Mançester Siti”yə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

O, qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlayan ən gənc ispan futbolçu edib.

Pitarç “kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la görüşdə iştirak edib.

Qeyd edək ki, “Real” “Mançester Siti”ni üç cavabsız qolla üstələyib.

Избранный
90
msport.az

1Источники