RU

İraqdakı bazamıza raket hücumu olub - İtaliya müdafiə naziri

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İtaliyanınMüdafiə naziri Quido Krozetto İraqın Ərbil şəhərində yerləşənİtaliya bazasına zərbə endirildiyini bəyan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İtaliyalı MN rəhbəri zərərçəkənlərin olmadığını təsdiqləyib.

“Raket Ərbildəki bazamıza düşüb. İtalyan personalı arasında ölənvə ya yaralanan yoxdur. Hamı təhlükəsizlikdədir”, – ANSA agentliyionun sözlərinə sitat gətirib.

İtaliyanın xarici işlər naziri isə dəqiqləşdirib ki, Ərbildəkiİtaliya bazası digər ölkələrin bazalarını da əhatə edən kompleksintərkibində yerləşir. “Zərbənin italiyalıları hədəf alıb-almadığını,yoxsa ümumilikdə bütün bu struktura yönəlib-yönəlmədiyinibilmirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, raketin İran ərazisindənburaxılıb-buraxılmadığı və ya İraqda fəaliyyət göstərən İranmeyilliqruplaşmalar tərəfindən atılıb-atılmadığı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
60
az.trend.az

1Источники