RU

Hindistan siqhlərə qarşı qətliam həyata keçirir TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün ki, reallıq ondan ibarətdir ki, beynəlxalq aləm qarışıq vəziyyətindədir. Elə bir böhranlı durum ki, hər an üçüncü dünya müharibəsinin baş verə biləcəyi haqqında proqnozlar irəli sürülür, şərhlər verilir. Xüsusilə də, Yaxın Şərqdə ABŞ ilə İsrailin fars-molla rejiminə qarşı başlatdıqları geniş miqyaslı hərbi əməliyyatlar dünya üçün arzu olunmaz nəticələrə gətirib çıxarır. Vəziyyətin gərginləşməsi və müharibə zonasının genişlənə biləcəyi ehtimal olunur. Müharibənin uzanması iqtisadi- ticari böhranın dərinləşməsi ilə yanaşı dinc insanlarında kütləvi şəkildə həyatlarını itirmələrinə, yaşayış məskənlərinin dağıdılmasına gətirib çıxarır. Faciəvi hal ondan ibarətdir ki, insanların öldürülməsi yalnız dövlərin bir-birinə olan hücumları səbəbindən baş vermir, həm də dövlətlər öz daxillərində qatı diktatura rejimi qurmaları səbəbindən yüzlərlə vətəndaşını fundamental hüquqlardan məhrum edirlər. Əksər hallada isə hüquqları uğrunda aparılan mübarizədə insanlar həyatlarını itirirlər. Çünki anomal idarəetmə üsuluna malik dövlətlər insanların küçələrə çıxmasını qəbul etmir və onlara qarşı zor tətbiq edirlər. Nəticədə onlarla insan öldürülür və ya yaralanırlar. Misal olaraq, 2018-ci ilin noyabrında "Sarı jiletlilər" adlandırılan aksiya iştirakçılarına qarşı Fransa hakimiyyətinin həyata keçirdiyi qətliamları və həbsləri göstərmək olar. Rəsmi Parisin qəddar siyasəti nəticəsində 38 nəfər aksiya iştirakçısı öldürülmüş 12 min 45 nəfər isə həbs edilərək zindalara atılmışlar. Eyni acınacaqlı vəziyyət Almaniyada, Niderlanda, Kandada və digər Avropa ölkələrində də baş vermişdi. Bu yöndə Hindistanda vəziyyətin daha acınacaqlı olduğu müşahidə olunur. 2025-ci ilin sentyabrın 27-də Hindistanın Tamil Nadu ştatında baş nazir Narendra Modinin siyasətinə etiraz əlaməti olaraq təşkil olunan aksiyada yüzə yaxın insan öldürülmüş, minlərlə dinc sakin isə yaralanmışdır. Hakimiyyətin yerli təmsilçisi, Ştatın Baş naziri Muthuvel Karunanidhi törədilən qəddarlıqdan sarsıldığını və baş verən faciənin ştat tarixində görünməmiş hadisə olduğunu bildirmişdir. Ümumiyyətlə, Hindistan dünyada vətəndaşlarına qarşı zorakılıq metodlarını genişləndirən dövlətlərdəndir. Yeni Dehli öz vətəndaşlarına qarşı açıq şəkil də repressiya siyasəti həyata keçirir. Hansı ki, təzyiqə, təhdidə məruz qalan toplumlar əsasən milli azlıqlardır və onlar öz fundamental hüquq və azadlıqlarını tələb etdiklərindən amansız cəzalarla üzləşirlər.

Hindistan fəallara qarşı repressiyalarını genişləndirir

Məlumdur ki, Hindistanda qatı diktatura mövcuddur. Modi hökuməti bunun səbəbini ölkənin çox millətli olması ilə əlaqələndirir. Qeyd edirlər ki, qanunlar və cəzalar sərt olmasa sayları 1, 5 milyard olan əhalini idarə etmək mümkün olmaz. Hindistan Konstitusiyasına görə ölkədə 22 rəsmi dövlət dili mövcuddur. Yəni ölkənin əsa dili “hind” dili deyil. Lakin hindlilər digər millətlərlə müqayisədə böyük üstünlüklərə malikdirlər. Dövlət aparatında əsasən hindlilər təmsil olunurlar. Hindlilər asayiş keşikçilərinin gözü qarşısında digər millətləri təhqir edir, alçatmağa çalışırlar. Bu zaman polis özünü kar və kor kimi aparır. Milli ayrı seçkilik əksər hallarda qarşıdurmalara gətirib çıxarır. Əsasən müsəlmanlar, eləcə də siqhlər daha mübariz və qətiyyətlidirlər. Onlar dini və milli ayrı seçkiliyə qarşı mübarizə də canlarından keçməkdən belə çəkinmirlər. Sayları 120 milyon olan siqhlər əsasən Hindistanın Pəncab əyalətində yaşayırlar. Hindistan Böyük Britaniya koloniyasından çıxaraq müstəqil olduqdan sonra siqhlər mərkəzi hökumətdən muxtariyyət tələb edərək daha yaxşı sosial-iqtisadi sistem qurmaq istəyirdilər. Lakin hakimiyyət onların istəklərini qətiyyətlə rədd edir. Bu səbəbdən də tez-tez siqhlərlə hakimiyyət arasında qarşıdurma yaranır. 1984-cü ildə isə hakimiyyət siqhlərə qarşı soyqırımına siyasəti həyata keçirdi. Həmin ilin noyabrında Hindistanın böyük şəhərlərdə siqhlərə qarşı hücumlar başladı. Polis nəinki bunun qarşısını almadı əksinə, siqhlərə hücum edənlərə bıçaq, ağac və digər kəsici alətlər payladı. Ölkənin parlament üzvü, milyarder Sadcan Kumar və həmkarlar ittifaqının rəhbəri Lalit Maken iğtişaşları rəsmi qaydada maliyyələşdirirdilər. Siqhlərə qarşı amansız qətliamlara törətdildikdən sonra Sadcan Kumar və Lalit Maken utanıb, çəkinmədən həyasızcasına bildirdilər ki, onlar ölkənin Baş naziri Raciv Qandinin (Siqhlər tərəfindən planlaşdırılan və siqh can güdəni tərəfindən öldrülən baş nazir İndira Qandinin oğlu) tapşırıqlarını yerinə yetirirdilər Hətta qətliamı təşkil edənlər bildirmişdilər ki, daha çox sayda siqh öldürənə əlavə mükafat verirdilər. Küçələrə çıxan öyrədilmiş gənclər qadın və uşaq demədən siqhləri qətlə yetirir, onların saqqalarını yandıraraq əzab verirdilər. Qadınların baş örtüklərini zorla açıb onlara qarşı əxlaqsız hərəkətlər edirdilər. Canlarını qurtarmaq üçün şəhərdən çıxmağa çalışan siqhləri avtovağzal, hava limanı və dəmir yolu vağzalında silahlanmış adamlar gözləyirdi və onları tutub qiymətli əşyalarını alır özlərini isə ölənə kimi döyürdülər. Bir gün ərzində 5 min adamın qətlə yetirilməsini kifayət hesab etməyən hökumət sonrakı günlərdə də soyqırımının davam etməsi üçün çağırış edirdi. Törədilmiş kütləvi qətliam nəticəsində 40 minə yaxın siqh öldürülmüş, 200 minə yaxın siqh isə bu və digər forma da yaraalanmışdır. “Siqhlər ədalət uğrunda” Beynəlxalq Qeyri-Hökumət təşkilatı 2014-cü ildə “Siqhlərin soyqırımı” adlı hesabat hazırlayaraq BMT-nin Baş katibinə təqdim etdilər. Təsdiq olunan faktlar üzrə 35 min siqhin qətlə yetirildiyini sübut etdilər. Araşdırmalar zamanı 18 ştatda siqhlərin kütləvi şəkildə dəfn olunduqları məzarlar aşkar edilib. Siqhlər davamlı olaraq Hindistan hüquq –mühafizə orqanları tərəfindən təqib olunurlar. İnsanlar zorakılıqdan qaçaraq Kanada, ABŞ, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə məskunlaşmağa məcbur olurlar. Qəddar Modi hökuməti bu ölkələrdə də siqhləri sakit yaşamağa imkan vermir, onları müxtəlif ölkələrdə təqib edib, öldürürlər.

Günahkarların cəzalandırılması tələb olunur

Dünya siqhlərə qarşı törədilən soyqırımı qətiyyətlə pisləyir. Xüsusilə də, Azərbaycanın vətəndaş cəmiyyəti siqhlərin qətliama məruz qalmasını sərt şəkil də pisləyib və günahkarların cəzalandırılmasını tələb edib. Yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans təşkil etmişdir. Tədbirdə Hindistanda siqhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunmuş, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilmiş və birgə bəyanatlarla yekunlaşmışdır. Hindistanda təqiblərə məruz qalan zikh icmasının problemlərinə həsr olunmuş beynəlxalq konfransdan sonra tədbirin təşkilatçısı Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal sistemləri kiberhücumlara məruz qalıb. Tədbirdən sonra həmçinin Kanada Zinkh Federasiyasının (Sikh Federation Canada) sədri Bual Moninder Singh və onun ailəsi ölümlə təhdid edilib. Bu barə də Bakı Təşəbbüs Qrupu məlumat yayıb. Məlumatda bildirilib ki, qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir: “Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məhşur zikh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda kiber hücumlara qarşı dayanaqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilib. Dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsidən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə zikh fəallara qarşı daha sərt təqiblər həyata keçirməkdədir. “Son illərdə Hindistan hökumətinin zikh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb və beynəlxalq narahatlıq doğurur” .

Məlumat verilib ki, Hindistan hökumətinin zikh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı barədə müxtəlif insan hüquqları təşkilatlarının hesabat yaydığı bildirilib:“Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər zikh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir. Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da eyni ildə Hindistan vətəndaşı Nikhil Gupta-nın zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanıb. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülüb”.

Məlumatda o da qeyd olunub ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır: “Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar yer alır. Bu üsulların məqsədi isə zikh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır”.

Dünyanın əksər ölkələrinin, xüsusilə də Azərbaycanın vətəndaş cəmiyyətinin siqhlərə göstərdiyi dəstək öz müsbət nəticəsini verəcəyi şübhəsizdir. Bu dəstəkdən ruhlanan və Azərbaycan kimi güclü, qüdrətli dövlətin fəal təbəqəsinin onlara dəstək verdiyini anlayan siqhlər bir gün qəti və həlledici mübarizəyə qalxıb, öz dövlətilərini qurmağı bacaracaqlar.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
2
sesqazeti.az

3Источники