RU

12 həftə məşq edən şəxsləri araşdırdılar Beyinlərində dəyişiklik oldu

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müntəzəm idman məşqləri beyin fəaliyyətini sürətləndirir və diqqəti artırır. London Universitet Kollecinin tədqiqatçıları apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər. Elmi işin nəticələri "Brain Research" jurnalında işıq üzü görüb.Demokrat.az bildirir ki, təcrübədə idmanla az məşğul olan 30 nəfər iştirak edib. Onlar 12 həftə ərzində həftədə üç dəfə velosiped məşqlərinə qatılıblar. Alimlər iştirakçıların fiziki hazırlıq səviyyəsini ölçməklə yanaşı beyindəki dəyişiklikləri və xüsusi zülalın miqdarını izləyiblər. "BDNF" adlanan bu maddə yeni neyronların və beyin hüceyrələri arasındakı əlaqələrin formalaşmasına kömək edir.Məlum olub ki, fiziki forma yaxşılaşdıqca beyin yüklənmələrə daha güclü reaksiya verməyə başlayır. Proqramın əvvəli ilə müqayisədə məşqlərdən sonra orqanizmdə daha çox həmin zülal ifraz olunub. Bu maddə birbaşa öyrənmə prosesləri, diqqətin cəmlənməsi və sinir hüceyrələrinin sağlamlığı ilə bağlıdır.Dəyişikliklər beynin prefrontal qabığında da qeydə alınıb. Məhz bu nahiyə diqqət, emosiyaların idarə edilməsi və qərar qəbulu üçün məsuliyyət daşıyır. Testlər zamanı iştirakçılar bu funksiyaların daha səmərəli işlədiyini nümayiş etdiriblər. Alimlərin fikrincə fiziki forma nə qədər yaxşıdırsa, qısa məşqlər belə diqqəti və beyin fəaliyyətini bir o qədər gücləndirir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
80
demokrat.az

1Источники