RU

Medvedevdən Ukrayna haqda ilginc bənzətmə

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna mövcud olmayan “404 ölkə”dir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev deyib.

Bu fikirləri o, “Yeni texnologiyalar: səmaya pilləkən yoxsa cəhənnəmə yol” adlı məqaləsində qeyd edib.

“Yaxın gələcəkdə mövcud olmayan “404 ölkə” haqqında süni şəkildə böyüdülmüş narahatlıqların yerini, daha ciddi qlobal çağırışlara və yeni texnoloji səviyyəyə keçidlə bağlı təhlükələrə cavab verməyin vacibliyi alacaq”, – Medvedev bildirib.

Qeyd edək ki, Medvedevin bu ifadəsi “Error 404” termini ilə əlaqəlidir. İnternetdə “Error 404” bir səhifənin tapılmadığını göstərir.

Yəni onun sözlərinə görə, Ukrayna “mövcud olmayan, tapılmayan” bir ölkədir.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники