İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.
MilliYol.az xəbər verir ki, bu barədə XİN sözçüsü İsmayıl Bəqayi “Corriere della Sera”ya açıqlamasında bildirib.
"Müctəba Xamenei xəsarət alıb, amma səhhəti yaxşıdır", deyən Bəqayi yeni Ali Rəhbərin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Ali Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti Müctəba Xameneini seçib.
"Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi", deyə o qeyd edib.
Xatırladaq ki, 56 yaşlı Müctəba Xamenei atası seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.