RU

SOCAR ABŞ şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda geotermal enerji potensialını araşdırır - Əfqan İsayev (ÖZƏL MÜSAHİBƏ)

Vaşinqton. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ şirkətləri iləəməkdaşlıq çərçivəsində Azərbaycanda geotermal enerji potensialınıaraşdırır.

Bunu Trend-əözəl müsahibəsində Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının(USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və BiznesKonfransı çərçivəsində SOCAR-ın vitse-prezidenti Əfqan İsayevdeyib.

O qeyd edib ki, SOCAR ABŞ şirkətləri ilə uzunmüddətli əməkdaşlıqəlaqələrinə malikdir.

“Bu əməkdaşlığın təməli 1994-cü ildə imzalanan və Azərbaycanınyeni neft strategiyasını müəyyənləşdirən “Əsrin Müqaviləsi” iləqoyulub. Bu müqavilə Azərbaycanın neft-qaz sektorunun beynəlxalqenerji bazarlarına inteqrasiyasına mühüm təkan verməklə yanaşı,SOCAR ilə ABŞ şirkətləri arasında tərəfdaşlığın əsasınıformalaşdırıb.

İlk dövrlərində bu əməkdaşlıq daha çox kəşfiyyat və hasilatfəaliyyətlərini əhatə edən “upstream” sahəsi ilə məhdudlaşırdı.Lakin, zaman keçdikcə ABŞ şirkətləri ilə əməkdaşlığın miqyası dahada genişlənərək neft-qaz əməliyyat zəncirinin bir çox sahələriniəhatə edib ”, - deyə Ə. İsayev bildirib.

O xatırladıb ki, “Əsrin Müqaviləsi” imzalanan zaman SOCAR-ınəməkdaşlıq etdiyi ilk ABŞ şirkətlərindən biri “ExxonMobil” şirkətiidi.

“Sözügedən şirkət ilə əməkdaşlıq əlaqələri neft-qaz hasilatızamanı beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı bilikmübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu əməkdaşlıqhazırda da uğurla davam etdirilir. Belə ki, 2024-cü ildə ABŞ-dƏsəfərdə olarkən “ExxonMobil” şirkəti ilə dekarbonizasiya üzrəstrateji əməkdaşlıq mövzusunda yüksək səviyyəli görüşdə iştiraketmişəm. Görüş zamanı SOCAR ilə “ExxonMobil” şirkəti arasındaqarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.Həmçinin “ExxonMobil” şirkətinin karbon qazının tutulması vəsaxlanması (Carbon Capture and Storage - CCS) texnologiyası ilətanış olmaq üçün layihə ərazisinə səfər etdim. Səfər zamanı “CCS”texnologiyasının real tətbiqi, prosesin idarə olunması vəemissiyaların azaldılmasına təsiri ilə bağlı ətraflı məlumat əldəetdim. Onu da vurğulamaq istərdim ki, 2025-ci ildə SOCAR ilə“ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”imzalanıb”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.

Ə.İsayev vurğulayıb ki, neft-qaz əməliyyatları zamanı qabaqcıltexnologiyaların tətbiqi sahəsində SOCAR “SLB” və “Baker Hughes”kimi ABŞ şirkətləri ilə əməkdaşlıq edir.

“Eyni zamanda, SOCAR qeyd olunan şirkətlər ilə əməkdaşlıqçərçivəsində Azərbaycanda bərpa
olunan enerji mənbələrinin inkişaf etdirilməsi məqsədilə geotermalenerji potensialını araşdırır. Bundan əlavə əməliyyatlarınmodernləşdirilməsi, qabaqcıl idarəetmə sistemlərinin tətbiqi vərəqəmsallaşdırma sahəsində ABŞ-nin “Honeywell” şirkəti ilə dəəməkdaşlıq əlaqələri qurulub. Neft-qaz əməliyyatları zamanıdekarbonizasiya və uzunmüddətli dayanıqlılığın dəstəklənməsinəyönəlmiş strateji təşəbbüslərin icrası istiqamətində SOCAR ABŞ-nin“Boston Consulting Group” (BCG) şirkəti ilə sıx əməkdaşlıqəlaqələrinə malikdir. “BCG” ilə tərəfdaşlıq çərçivəsində yaşıltransformasiya layihələrinə dəstək məqsədilə “The C&SLighthouse” layihəsini həyata keçirmişik. Bu layihənin icrasıSOCAR-ın dekarbonizasiya hədəflərinə nail olması istiqamətindəmühüm töhfə verib”, - deyə o bildirib.

Ə.İsayevin sözlərinə görə, ümumilikdə, SOCAR ilə ABŞ şirkətləriarasında formalaşmış tərəfdaşlıq münasibətləri Azərbaycanın enerjisektorunun modernləşdirilməsinə, qabaqcıl texnologiyaların vəmühəndislik həllərinin tətbiqinə, həmçinin rəqəmsallaşma vədekarbonizasiya təşəbbüslərinin inkişaf etdirilməsinə mühüm töhfəverir.

SOCAR-ın dekarbonizasiya hədəfləri

SOCAR-ın vitse-prezidenti bildirib ki, son zamanlar sənayeninsürətlə inkişafı ilə əlaqədar artan metan emissiyaları bütündünyanı narahat edən əsas məsələlərdən biridir.

“Bu problemin həlli üçün dünya ölkələri, beynəlxalq şirkətlər,institutlar, vətəndaş cəmiyyətləri səfərbər olaraq, ciddi addımlaratırlar. SOCAR da bu istiqamətdə qlobal çağırışları nəzərə alaraq,özünün fəaliyyət sahələrində metan emissiyalarının azaldılması üçünməqsədyönlü addımlar atır. Şirkət fəaliyyət göstərdiyi bütüncoğrafiyalarda neft-qaz əməliyyatları zamanı istixana qazıemissiyalarının azaldılmasını əsas prioritet kimi müəyyənləşdirmişvə COP28 zamanı özünün orta və uzun müddətli perspektivdədekarbonizasiya hədəflərini elan edib.

Bunlara:

− 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldəyandırmanın sıfıra endirilməsi;

− 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər“Upstream” seqmentində emissiya intensivliyinin 30% azaldılması(SOCAR-ın birbaşa aktivləri üzrə);

− 2022-ci ilin göstəricisi ilə müqayisədə 2035-ci ilə qədərkorporativ emissiya intensivliyinin 30% və ümumi emissiyalarınhəcminin 20% azaldılması (SOCAR-ın birbaşa aktivləri üzrə);

− 2035-ci ilə qədər “Upstream” seqmentində sıfıra yaxın(0.2%-dən aşağı) metan hədəfi (SOCAR-ın birbaşa aktivləriüzrə);

− 2050-ci ilə qədər “Xalis Sıfır”a nail olmaq kimi iddialıhədəflər daxildir”, - deyə Ə. İsayev qeyd edib.

SOCAR-ın dekarbonizasiya layihələri

SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, şirkət fəaliyyətgöstərdiyi əsas coğrafiyalarda istixana qazı emissiyalarınınazaldılması məqsədilə dekarbonizasiya proqramına başlayıb.

“Proqram çərçivəsində dekarbonizasiya və yeni biznesistiqamətlərinin inkişaf etdirilməsinə yönəlmiş korporativprosedurlar, idarəetmə alətləri və ixtisaslaşdırılmış təşkilativahidlər yaradılıb. SOCAR özünün dekarbonizasiya hədəflərinə uyğunolaraq, emissiyaların davamlı şəkildə azaldılmasını əsasməqsədlərindən biri kimi müəyyən etmişdir. Bununla əlaqədarSOCAR-ın “upstream”, “midstream” və “downstream” fəaliyyətsahələrində emissiyaların azaldılması istiqamətində dekarbonizasiyalayihələri icra olunmaqdadır.

Metan emissiyalarının azaldılmasını daim diqqət mərkəzindəsaxlayan SOCAR “Neft Daşları”nda genişmiqyaslı sızmalarınaşkarlanması və aradan qaldırılması layihəsini ("Leak Detection andRepair" - LDAR) həyata keçirib. Layihə çərçivəsində əvvəllərinventarlaşdırılması mümkün olmayan emissiya mənbələri müəyyənedilib, bu mənbələrdən atılma həcmləri qiymətləndirilmiş və onlarınqarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.Ölçmələr zamanı Optik Qaz Görüntü Kamerası (OGI), Yüksək AxınlıNümunəgötürmə cihazı, həmçinin peyk və dron texnologiyalarındankompleks şəkildə istifadə edilib. Həyata keçirilmiş ölçmələr borukəmərləri, quyular, kompressorlar, turbinlər, mühərriklər, çənlərvə separatorlar da daxil olmaqla bütün əsas qurğuları əhatə edib”,- deyə o bildirib.

Ə. İsayev vurğulayıb ki, müasir texnologiyaların tətbiqi iləemissiya inventarlaşdırılmasının aparılması, SOCAR-ın elan etdiyidekarbonizasiya hədəflərinə çatması istiqamətində məqsədyönlü vəməsuliyyətli fəaliyyətin, habelə bu sahədə şəffaf hesabatvermətəşəbbüslərinə töhfəsinin göstəricisidir.

“Bu prosesin davamı olaraq, SOCAR-ın digər aktivlərində də metanemissiyalarının aşkarlanması və qarşısının alınması məqsədiləgenişmiqyaslı ölçmə işləri həyata keçirilməkdədir. 2025-ci ildəbeynəlxalq məsləhətçi şirkət ilə tərəfdaşlıq çərçivəsində SOCAR-dametan emissiyalarının daha effektiv idarə olunması üçün süniintellektə əsaslanan “Methane AI” platforması yaradılıb. Sözügedənplatformanın tətbiqi SOCAR-ın üzv olduğu “OGMP 2.0” təşəbbüsü,eləcə də digər beynəlxalq təşəbbüslərin hesabatlılıq tələblərinəuyğunluğun təmin edilməsinə xidmət edir. “Methane AI”platformasının üstünlüklərinə daxildir:

• Emissiyaların monitorinqi, hesabatlılığı və azaldılması üçünmərkəzləşdirilmiş qabaqcıl platformadan istifadə olunması;
• Platforma vasitəsilə müəyyən olunan emissiya mənbələrinin dahaçevik qaydada qarşısının alınması;
• Peyk, dron və digər fərqli mənbələrdən əldə olunan emissiyagöstəricilərinin vahid platformaya inteqrasiyası;
• İnsan faktoru müdaxiləsini minimuma endirməklə emissiyaməlumatlarının daha dəqiq təhlil olunması;
• “OGMP 2.0” və digər beynəlxalq təşəbbüslərin hesabatlılıqtələblərinə uyğunlaşmanın təmin edilməsi.

Bu platformadan istifadə etməklə 2025-ci ildə ilk dəfə “OGMP2.0” təşəbbüsü ilə əlaqədar hesabatımızı beynəlxalq tələblərə uyğunhazırlayaraq təqdim etdik. Sözügedən platformanın tətbiqi metanemissiyalarına dair məlumatların idarə olunmasında vahid vəetibarlı rəqəmsal yanaşmanın formalaşdırılmasına mühüm
töhfə verib”, - SOCAR-ın vitse-prezidenti bildirib.

Ə.İsayev əlavə edib ki, qlobal iqlim gündəliyində hesabatlılıqvə şəffaflıq əsas tələblərdən biri olduğu üçün emissiyalarınsistemli və dəqiq idarə olunması xüsusi əhəmiyyət kəsb edir.

“Bu baxımdan emissiyalara dair məlumatların effektiv toplanmasıvə rəqəmsal idarə olunması məqsədilə SOCAR-da qabaqcıl Ölçmə,Hesabatlılıq və Yoxlama (MRV) sistemi yaradılıb. Bu sisteminköməkliyi ilə insan faktorunun minimuma endirilməsi, iş yükününazaldılması, əsas fəaliyyət göstəricilərinin dəqiq izlənilməsi,həmçinin emissiyalara dair daha dəqiq və beynəlxalq standartlarauyğun hesabatvermənin təmin edilməsi mümkündür. Sözügedən sistemistifadəyə hazır vəziyyətə gətirilmiş və onun səmərəli tətbiqinintəmin edilməsi məqsədilə 2025-ci il ərzində “MRV” istifadəçiləriüçün müvafiq daxili təlimlər təşkil edilib”, - o vurğulayıb.

SOCAR-ın vitse-prezidenti bildirib ki, emissiyaların dahaeffektiv aşkarlanması sahəsində mühüm nailiyyətlərdən biri də peykvə dron kimi innovativ texnologiyaların istifadəsidir.

“Bu texnologiyaların tətbiqi metan emissiyalarının operativşəkildə müəyyən edilməsinə, mənbələrin dəqiq müəyyənləşdirilməsinəvə vaxtında aradan qaldırılmasına əhəmiyyətli töhfə verir. Bununlaəlaqədar olaraq, “Neft-Qaz İqlim Təşəbbüsü” (Oil and Gas ClimateInitiative - OGCI) ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın qurudayerləşən fəaliyyət sahələrində peyk əsaslı emissiya ölçmə işlərihəyata keçirilib. Bu ölçmələr zamanı “GHGSAT” şirkətinin peyktexnologiyalarından istifadə olunmuşdur. Bundan əlavə 2024-cü ildə“TotalEnergies” şirkəti ilə əməkdaşlıq çərçivəsində dron əsaslı(“Airborne Ultralight Spectrometer for EnvironmentalApplications”-AUSEA) texnologiyanın tətbiqi ilə metanemissiyalarının ölçülməsi əməliyyatlarını həyata keçirdik. “AUSEA”,metan emissiyalarını aşkarlayan, eyni zamanda onların mənbəyinitəyin edə bilən dronda quraşdırılmış kiçik ölçülü ikilisensorlardan ibarətdir. Bu dron üzərində quraşdırılmış texnologiyaaşkarlanması çətin olan emissiya mənbələrində ölçmələrə imkan verirvə yüksək dəqiqliklə nəticələr təqdim edir. Bu sahədə tədqiqatlar“TotalEnergies” şirkətinin Xəzər dənizindəki fəaliyyət sahələrindəvə SOCAR-ın istehsalat sahələrində davam etdirilib. Bu innovativ vəkompleks yanaşma bizə emissiyaların effektivinventarlaşdırılmasına, həcminin daha dəqiq ölçülməsinə, bu sahədəəsas boşluqları müəyyən etməyə və aradan qaldırmağa imkan verib”, -deyə o əlavə edib.

Ə.İsayev bildirib ki, SOCAR elan etdiyi dekarbonizasiyahədəflərinə çatmaq və istixana qazı emissiyalarının azaldılmasısahəsində beynəlxalq tənzimləyici mexanizmlərin tələblərinəproaktiv şəkildə uyğunlaşmaq məqsədilə bir sıra beynəlxalqtəşəbbüslər ilə də sıx əməkdaşlıq edir.

“Bunlara “Neft və Qaz Metan Tərəfdaşlığı”nı ("Oil & Gas MethanePartnership" - OGMP 2.0), “Neft və Qazın DekarbonizasiyasıXartiyası”nı ("Oil & Gas Decarbonization Charter"-OGDC),“Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası”nı (“TheInternational Association of Oil & Gas Producers” - IOGP), DünyaBankının “2030-cu ilə qədər qazın şamda yandırılmasının sıfıraendirilməsi” (“Zero Routine Flaring by
2030”), “Xəzər Regionunda Metan Emissiyalarının AzaldılmasınınSürətləndirilməsi” (“Caspian Methane Emissions Accelerator”)təşəbbüsünü misal göstərmək olar. Bu tərəfdaşlıqlar SOCAR-ın qlobalmiqyasda dayanıqlı inkişaf, enerji keçidi və dekarbonizasiyasahəsində rolunu daha da gücləndirməklə yanaşı, müxtəlif
platformalarda beynəlxalq neft-qaz şirkətləri ilə birgə mövqeyinformalaşdırılmasına şərait yaradır. Həyata keçirilən bütün bulayihələrin əsas məqsədi SOCAR-ın neft-qaz əməliyyatlarındadekarbonizasiyanı sürətləndirmək, aşağı karbonlu layihələri inkişafetdirmək və emissiyaları azaltmaqla şirkətin dekarbonizasiyahədəflərinə çatmaqdır”, - o vurğulayıb.

Aşağı karbonlu bizneslərin inkişafı istiqamətində bərpaolunan enerji layihələri

Ə.İsayev bildirib ki, neft-qaz əməliyyatları zamanıdekarbonizasiyanı təmin edən əsas fəaliyyətlərdən biri də bərpaolunan enerji mənbələrinin inkişafıdır.

“Bu məqsədlə SOCAR aşağı karbonlu təşəbbüslərin icrasınısürətləndirmək üçün özünün ixtisaslaşmış törəmə şirkəti olan “SOCARGreen” MMC-ni təsis edib. Şirkətin fəaliyyəti bərpa olunan enerjilayihələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, habelə"yaşıl hidrogen" təşəbbüslərinin həyata keçirilməsinə yönəlib.

Bərpa olunan enerji sahəsində artıq bir sıra beynəlxalqtəşkilatlar ilə uğurlu əməkdaşlıq əlaqələri qurulmuş və buistiqamətdə layihələrin icrasına başlanılıb.

Bu çərçivədə "Masdar" şirkəti ilə həyata keçirilən BiləsuvarGünəş Elektrik Stansiyası (GES), Bankə GES, Abşeron/Qaradağ KüləkElektrik Stansiyası (KES), həmçinin bp şirkəti ilə birgə icraolunan Şəfəq GES layihələri xüsusi əhəmiyyət kəsb edir. Bununlayanaşı, Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni generasiyagüclərinin yaradılması istiqamətində işlər davam etdirilir,” - deyəo bildirib.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, Biləsuvar GES layihəsiüzrə 2025-ci ilin oktyabr ayında tikinti işlərinə artıq başlanılıbvə stansiyanın 2027-ci ilin ikinci rübündə istismara verilməsiplanlaşdırılır.

“Həmçinin Bankə GES layihəsi üzrə də tikinti işlərinə qısamüddətdə başlanılması nəzərdə tutulur. Abşeron/Qaradağ KES layihəsidə hazırda inkişaf mərhələsindədir və müvafiq işlər həyatakeçirilir. Qeyd olunan bu layihələr Azərbaycanın 2030-cu ilədəkelektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payının30%-ə çatdırılması hədəfinə xidmət edir. Bu layihələrin icrası 1milyon tona yaxın karbon emissiyasının azaldılması ilə davamlıinkişafa əhəmiyyətli töhfə verəcək. Şəfəq GES layihəsi üzrə 2025-ciilin 2-ci rübündə Yekun İnvestisiya Qərarı (Final InvestmentDecision – FID) verilmiş və bir sıra əsas müqavilələr imzalanıb.GES-in 2027-ci ilin ikinci rübündə istismara verilməsiplanlaşdırılır”, - o əlavə edib.

Bunlardan başqa, Ə.İsayevin sözlərinə görə, Çin şirkətləri ilədə bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələri uğurla davametdirilir.

““China Energy Overseas Investment Co., Ltd”, “China DatangOverseas” şirkətləri ilə birgə müvafiq layihələr icra edilir.“PowerChina Resources” şirkəti ilə günəş elektrik stansiyasılayihəsi üzrə “SOCAR Green” MMC, “PowerChina Resources” vəAzərbaycan Respublikasının Energetika Nazirliyi arasında İcraMüqaviləsi, həmçinin “SOCAR Green” MMC ilə “PowerChina Resources”arasında Səhmdarlar Sazişi imzalanıb və hazırda bu istiqamətdə dəmüvafiq addımlar atılır.

“China Datang” və “PowerChina Resources” şirkətləri ilə Xəzərdənizinin Azərbaycana mənsub hissəsində külək enerjisi layihəsinininkişafına dair sözügedən şirkətlərlə “SOCAR Green” MMC vəAzərbaycan Respublikası Energetika Nazirliyi arasında AnlaşmaMemorandumu imzalanıb. Bundan əlavə, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində su təsərrüfatıobyektlərinin dekarbonizasiyasını nəzərdə tutan hibrid bərpa olunanenerji layihəsi üzrə Niyyət Razılaşması imzalanıb. Hazırda layihəüzrə beynəlxalq tərəfdaş şirkətlərlə potensial birgə investisiyaimkanları da nəzərdən keçirilir. Ümumilikdə, həyata keçirilən vəplanlaşdırılan layihələr SOCAR-ın aşağı karbonlu biznes portfelininformalaşdırılmasına, neft-qaz əməliyyatlarının enerji təminatının“yaşıllaşdırılmasına” və ölkənin bərpa olunan enerji üzrə stratejihədəflərinə əhəmiyyətli töhfə verir”, - SOCAR-ın vitse-prezidentibildirib.

Избранный
84
az.trend.az

1Источники