RU

İngiltərə Bankı Çörçillin şəklini yeni əskinaslardan çıxaracaq

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə Bankı yeni funt sterlinq əskinaslarından Uinston Çörçill və Ceyn Ostin kimi tarixi şəxsiyyətlərin təsvirlərini çıxaracaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The News” nəşri mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, onların əvəzinə əskinaslarda Böyük Britaniyanın vəhşi təbiətini əks etdirən təsvirlər öz əksini tapacaq. Mənbələrin bildirdiyinə görə, bu barədə qərar ictimai sorğunun nəticələrinə əsasən verilib. Respondentlərin əksəriyyəti əskinaslar üçün təbiət mövzusunu seçib. Tarixi şəxsiyyətlər isə sorğu siyahısında yalnız üçüncü yerdə qərarlaşıb.

Ancaq bəzi siyasətçilər milli simvolların əskinaslardan çıxarılmasını tənqid ediblər. İngiltərə Bankı isə Birləşmiş Krallığı simvolizə edən və cəmiyyətdə bölünməyə səbəb olmayan təsvirləri seçməyə çalışdıqlarını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
yeniavaz.com

1Источники