RU

Frensis Martin O’Donnell: Dünyanın müxtəlif ölkələrindən olan liderlərlə burada fikir mübadiləsi aparmaq böyük şərəfdir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 mart, AZƏRTAC

Burada olmaq və dünyanın müxtəlif ölkələrindən olan liderlərlə fikir mübadiləsi aparmaq hər zaman böyük şərəfdir. Xüsusilə də bu gün. Çünki dünya çox dərin bir böhran dövrü keçirir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində XIII Qlobal Bakı Forumunun iştirakçısı, Sülh Refleksiyası Qrupunun həmtəsisçisi, İrlandiyanın Beynəlxalq və Avropa İşləri İnstitutunun ömürlük üzvü Francis O’Donnell deyib.

O deyib: “Ümid edirik ki, bu forum liderləri bir araya gətirməyə, daha çox dəyişikliklərə təkan verməyə, Birləşmiş Millətlər Təşkilatının sisteminin islahına kömək etməyə və bizi yenidən sülh və rifah üçün sabit bir yola qaytarmağa yardım edəcək. Mövzuya gəldikdə isə, çoxtərəfli yanaşmanın qorunması son dərəcə vacibdir. Çünki son bir neçə ildə təəssüf ki, bir çox ölkənin hüququn aliliyini zəiflətməyə, BMT Nizamnaməsini sarsıtmağa və qarşılaşdığımız çoxsaylı problemlərin həlli üçün sülh yolu axtarmadan birtərəfli addımlar atmağa meylli olduğunu görmüşük. Əgər biz regional problemləri həll edə bilmiriksə, onda iqlim dəyişikliyi, kütləvi məhvolma və bununla bağlı digər qlobal problemlərin öhdəsindən necə gələcəyik?”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
azertag.az

1Источники