ABŞ-nin İrana qarşı hərbi əməliyyatının ilk həftəsində 11,3 milyard dollar xərclədiyi təxmin edilir.
"Yeni Sabah" The New York Times və CBS News-ə istinadla xəbər verir ki, bunu hərbi rəsmilər bu həftə keçirilən brifinqdə Konqres üzvlərinə bildirib.
Bu rəqəm təxminlərin ən aşağı həddidir və əməliyyat fevralın 28-də başlamazdan əvvəl avadanlıqların yerləşdirilməsi xərclərini əhatə etmir.
Senatın Müdafiə Təxsisatlar alt komitəsinin ən yüksək demokrat üzvü, Delaver senatoru Kris Kuns çərşənbə günü jurnalistlərə bildirib: "Ümumi əməliyyat xərclərinin bundan xeyli yüksək olduğunu gözləyirəm".
O, müharibədə istifadə edilən sursatların doldurulma xərclərinin artıq 10 milyard dolları keçdiyini qeyd edib.
Telegram kanalımız