RU

Süni intellektlə bağlı bu tələbə riayət etməyənlər 150 manatadək cərimə ediləcək

Bakı. Trend:

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto,video və ya audio materialların müvafiq nişanlanma olmadanyayılmasına görə cərimə tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan İnzibati XətalarMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsinə əsasən, foto, video və ya audio materiallarınsüni intellekt texnologiyalarından istifadə edilməkləhazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalarvasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqlagörünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyihalda internet informasiya ehtiyatlarında və yainformasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə80 manatdan 150 manatadək məbləğdə cəriməediləcək.

Burada “nişanlanma” dedikdə foto, video və ya audiomaterialların hazırlandığı süni intellekt texnologiyalarınınavtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual,səsli və ya mətn əsaslı işarələnmə başa düşüləcək.

Məqalədə:
Избранный
27
10
az.trend.az

10Источники