Bakı. Trend:
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusiproqram təminatları vasitəsilə foto, video və ya audio materiallarıhazırlama və ya yayma cinayət hesab ediləcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onungörüntüsündən və ya səsindən istifadə etməklə süni intellekttexnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsiləreallığı əks etdirməyən foto, video və ya audio materiallarıhazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyihalda internet nümayiş informasiya ehtiyatlarında və yainformasiya-telekommunikasiya şəbəkələrində yayma3000 manatdan 7000 manatadəkmiqdarda cərimə və ya 360 saatdan480 saatadək ictimai işlər və ya3 ilədək müddətə azadlığın məhdudlaşdırılması vəya eyni müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrupşəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşıtörədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onunüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidmətivəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onunözü və ya yaxın qohumlarına qarşı törədildikdə 3ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsi
Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasındacinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokuroruntəşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyatakeçiriləcək.
Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittihamqaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadanprokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanılabilər:
- törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinətoxunduqda;
- cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digərvəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
- cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksizvəziyyətdə olan şəxs barəsində törədildikdə;
- cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onutörətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsindətörədildikdə;
- cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayətməsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxstərəfindən və ya ona qarşı törədildikdə.