RU

Uşaqlar üçün nəzərdə tutulan şokoladların tərkibində spirt olmamalıdır Ekspert fikri

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bəzən şokolad hazırlanarkən tərkibinə az miqdarda spirt qatılır. Məsələn, nanə ekstraktlı şokoladlar varki, onlarında tərkibində etil spirti olur. Tərkibində portağal qabığı olan şokoladların da tərkibində spirt var”. 

Bu fikri 525.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, ümumiyyətlə qida sənayesində bu müəyyən miqdarda və müəyyən növlərə görə icazəli hesab olunur. Lakin miqdarında məhsula görə standartları var:

“Uşaqlar üçün nəzərdə tutulan şokoladların tərkibində spirt olmamalıdır. Bunu əgər valideynlər bilmirsə, məhsulun tərkibini oxumalıdır və əgər varsa uşaqlara verilməsi tövsiyyə olunmur”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
525.az

1Источники