ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda hərəkətin təşkilindəki nöqsan sürücülərin cərimələnməsinə səbəb olur. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın İstiqlaliyyət küçəsindən gedir. Belə ki, həmin küçənin Azərbaycan prospekti ilə kəsişməsində quraşdırılmış yol nişanı hərəkətin yalnız sola məcburi olduğunu göstərir. Qarşı istiqamətdə isə “giriş qadağandır” nişanı yerləşdirilib.
Lakin asfalt örtüyü üzərində həm düzünə, həm də sola hərəkəti göstərən nişanlanma xətləri ləğv edilməyib. Nəticədə sürücülər yerdəki nişanlanma xəttini əsas götürərək düz istiqamətdə hərəkət edirlər. Bu zaman isə kamera vasitəsilə onların barəsində cərimə tətbiq olunur.
Ümid edirik ki, aidiyyəti qurumlar yaranmış nöqsanı qısa zamanda aradan qaldıracaqlar.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.