RU

Avropa ilə əməkdaşlıq daha da dərinləşir

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin çoxşaxəli xarakterini açıq şəkildə nümayiş etdirir. Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan Aİ tərəfdaşlığı istər iqtisadi, istər enerji, istərsə də investisiya sahələrində kifayət qədər fəal şəkildə inkişaf edir. 2026-cı ilin yanvar ayında ticarət dövriyyəsinin 50 faizinin Avropa İttifaqı ilə bağlı olması da göstərir ki, Avropa bazarı Azərbaycan üçün strateji prioritet olaraq qalır və ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Eyni zamanda, yeni layihələr və sərmayə imkanlarının iki istiqamətdə genişlənəcəyi ölkənin iqtisadi perspektivlərini daha da gücləndirir.Enerji əməkdaşlığı Azərbaycanın Avropa tərəfdaşları ilə strateji münasibətlərində əsas sütunlardan biridir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Avropa İttifaqının 10 üzvü artıq Azərbaycan qazı ilə təmin olunur, ölkələrin ümumi sayı 16-ya çatıb və bu, Azərbaycanın dünyada boru kəməri ilə qaz ixracında lider mövqedə olduğunu göstərir. Avropa bazarı Azərbaycanın qaz ixracının yarısını təşkil edir və bu da Azərbaycanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu göstərir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində 6–8 giqavatlıq ixraca hazır potensialın beş-altı il ərzində istifadəyə verilməsi planları Azərbaycanın enerji portfelini şaxələndirir və Avropanın “yaşıl enerji” strategiyasına uyğun əməkdaşlığını gücləndirir.Prezident çıxışında Azərbaycanın regional stabillik və sülh siyasətinə xüsusi diqqət yetirdiyini də qeyd etdi. Həqiqətən də Ermənistanla sülh sazişinin paraflanmasının cəmi yeddi ay əvvəl baş tutmasına baxmayaraq artıq ölkələr arasında ticarət, tranzit və neft məhsullarının təchizatı sahəsində əməkdaşlıq başlamışdır. Bu, Azərbaycanın yalnız iqtisadi tərəfdaş kimi deyil, həm də regional barışıq və diplomatik etibarlılıq baxımından önəmli rol oynadığını göstərir. Prezidentin vurğuladığı kimi, siyasi iradə və sülhə sadiqlik dövlətlər və xalqlar arasında barışığın ən yaxşı göstəricisidir.Bəyanat həmçinin Azərbaycanın Avropa tərəfdaşları ilə enerji infrastrukturunun müxtəlif hissələrində — ötürülmə xətləri, dəniz dibi kabelləri və digər layihələrdə fəal əməkdaşlıq etdiyini göstərir. Bu yanaşma Avropaya enerji ixracının artırılması, iqtisadi əməkdaşlığın genişlənməsi və həmçinin regional təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.Ümumi olaraq qeyd edim ki, cənab Prezidentin çıxışı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini strateji, enerji və diplomatik baxımdan güclü və davamlı olaraq təqdim etməyə imkan verir. Enerji ixracının genişlənməsi, bərpaolunan enerji layihələrinin inkişafı və Ermənistanla münasibətlər Azərbaycanın həm regional, həm də qlobal siyasətdə etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bu yanaşma ölkənin iqtisadi gücünü, diplomatik nüfuzunu və regional sabitlikdə oynadığı rolu möhkəmləndirir, Avropa ilə əməkdaşlığı daha da dərinləşdirir və enerji təhlükəsizliyi baxımından qarşılıqlı fayda təmin edir.Yusif Bağırzadə, politoloq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
1
newscenter.az

2Источники