RU

İsrail və ABŞ böhran içində – Nə baş verir?

“İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərək bildirib ki, xalq özü İranda rejimi devirməlidir. Netanyahu bununla etiraf edir ki, ABŞ və İsrail İranda rejimi dəyişmək gücündə deyil. Davam edən hərbi əməliyyatlar yalnız İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablanıb”.

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ali dini lider Əli Xameneinin İsrail tərəfindən öldürülməsi məhz xalqın ayağa qalxması və rejimin süqut edilməsinə hesablanmışdı:

“ABŞ-İsrail ilkin olaraq əsas məqsədlərinə çatmayıb. Xüsusilə, rejimin dəyişməsi baş tutmur və növbəti mərhələdə gözlənilmir. ABŞ Prezidenti Donald Tramp sistem daxilində yeni liderin ortaya çıxmasını və Venesuela ssenarisini tətbiq etməkdə maraqlıdır. Amma nə qədər SEPAH var, müqavimət davam edəcək və Venesuela ssenarisinin tətbiq edilməsi baş tutmayacaq”.

“Donald Tramp əsasən İran Prezidenti Məsud Pezeşkian və onun hökuməti ilə işləməyə hazırdır. SEPAH-ın oğul Müctəba Xameneinin dini lider seçməsi bu planın qarşısını aldı. ABŞ-nin əsas hədəfi İranın hərbi və mülki infrastrukturunu sıradan çıxarmaqdır, bununla da özünü qalib elan etmiş olacaq”,- politoloq vurğulayıb.

Tunar
NOCOMMENT.az

Избранный
66
2
nocomment.az

3Источники