16 yaşadək qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarının vaxtı və yeri müəyyənləşib. "Rekord.az" xəbər verir ki, bu mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq. Oyunlar 13–15 mart tarixlərində Bakı şəhərində təşkil olunacaq.

Qızların yarışında 8, oğlanların yarışında isə 6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Qarşılaşmalar Abşeron OİK-də və AVF-nin idman zalında keçiriləcək.

Reqlamentə əsasən, qızların yarışında oyunların qalibləri, oğlanların yarışında isə qalib komandalarla yanaşı, ən yaxşı nəticə göstərən 4-cü yerin sahibi olan komanda yarımfinal mərhələsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, 14 yaşadək (U-14) voleybolçuların pley-off oyunları 27–28-29 mart, 18 yaşadək (U-18) voleybolçuların pley-off qarşılaşmaları isə 3–4-5 aprel tarixlərində keçiriləcək.



13 mart

U-16 (qızlar)

   10:00. AZERRAIL – Gəncə RVK

   12:00. Möminə Xatun – Milli Aviasiya Akademiyası

   14:00. Oğuz RVK – Xarı Bülbül-3

   16:00. Turan – Şərqi Zəngəzur RVK

U-16 (oğlanlar)

   10:00. Gəncə RVK – Bakı RVK

   12:00. Embawood – Turan

   14:00. Sumqayıt RVK – Oğuz RVK