RU

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT də islahat vacibdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Dünyada hazırda beynəlxalq nizam yox, beynəlxalq xaos mövcuddur. İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq nizam, BMT və digər beynəlxalq təşkilatlar, İnsan Hüquqları Bəyannaməsi və digər konvensiyalar bu gün zəifləyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Norveçin sabiq Baş naziri Kyell Maqne Bondevik XIII Qlobal Bakı Forumunun “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda paneldə deyib.

Kyell Maqne Bondevik əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi ədalətsiz və köhnəlib: “Afrikanın, Latın Amerikasının, Ərəb dünyasının burada daimi üzvü yoxdur. Bu güc balansı deyil, balanssızlıqdır. Yeni dayanıqlı beynəlxalq nizam və ədalətli güc balansı üçün BMT-də islahat vacibdir. Təhlükəsizlik Şurasının yenidən təşkilinə ehtiyac var”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
6
azertag.az

8Источники