RU

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... Video

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Novruz bayramı ərəfəsində Bakıda ənənəvi “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Martın 8-də başlayan və 19-dək davam edəcək yarmarka paytaxtın Nərimanov rayonunda, “Gənclik” metrostansiyasının çıxışında təşkil olunub.

Axar.az xəbər verir ki, burada 25 regionu təmsil edən 147 fermer 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirilir. Məhsullar bazar qiymətlərindən xeyli ucuz təklif edilir.

Fermerlər üçün bütün şərait dövlət tərəfindən yaradılıb – piştaxtalar, tərəzilər və digər avadanlıqlar ödənişsiz təqdim edilib.

Şəhər sakinləri yarmarkada təkcə alış-veriş etmir, həm də bayram ab-havasını hiss edirlər. Uşaqlar üçün xüsusi əyləncə guşəsi təşkil olunub. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası nəzarət edir.

Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından nəzarətdə saxlanılır. Fermerlər məhsullarını birbaşa istehlakçılara təqdim etdiyinə görə burada süni qiymət artımı yoxdur, bu da alıcılara daha münasib şərtlərlə bazarlıq etməyə imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
axar.az

1Источники