RU

İsrail Müdafiə naziri Livana ultimatum verib

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İsrailinMüdafiə naziri Israel Katz Livan hökumətinə ultimatum verib.

Trend xəbər verirki, bu barədə “Times of Israel” məlumat yayıb.

Katz bildirib ki, əgər Livan hökuməti Hizbollah qruplaşmasınınhücumlarının qarşısını almasa, İsrail ərazini nəzarətə götürərəkbunu özü edəcək.

“Dünən Hizbullah İsrail Dövlətinə doğru güclü raket atəşlərihəyata keçirdi. IDF buna cavab olaraq Dahiyədə və Livanın müxtəlifyerlərində Hizbullah hədəflərinə qarşı sərt zərbələr endirdi.

Mən Livan prezidentini xəbərdar etdim ki, əgər Livan hökuməti özərazisinə nəzarət etməyi, Hizbullahın şimal icmalarını təhdidetməsinin və İsrailə atəş açmasının qarşısını almağı bacarmasa, bizhəmin ərazini götürüb bunu özümüz edəcəyik”,- Katz İsrail MüdafiəQüvvələrinin (IDF) zabitləri ilə keçirilən qiymətləndirmə iclasızamanı deyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
62
2
az.trend.az

3Источники