Misli Premyer Liqasının (MPL) 24-cü turu çərçivəsində sabah "Sumqayıt"ın qonağı olacaq "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:
"Hazırda nə zədəli futbolçu var, nə də cəzalı. Komanda "Sumqayıt"la səfər qarşılaşmasına tam heyətlə hazırlaşır".
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının start fiti 20:30-da səsləndiriləcək. "Kimyaçılar" MPL-in turnir cədvəlində 32 xalla 6-cı, 27 xala malik bölgə təmsilçisi isə 8-ci yerdə mövqe tutub.
Toğrul