RU

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən mədəni qastrol proqramı keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Избранный
11
publika.az

1Источники