Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.
"Yeni Sabah" xəbər verir ki, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM martın 17-də etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel tarixlərində aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.
Telegram kanalımız