RU

IEA: Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

Yaxın Şərqdəki münaqişə səbəbindən yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları demək olar ki, tamamilə dayandırılıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadən xəbər verir.

"Münaqişə qlobal neft məhsulları bazarlarına əhəmiyyətli dərəcədə təsir göstərib və boğazdan ixrac axını faktiki olaraq dayandırılıb", - hesabatda qeyd olunur.

Hesabatda bildirilir ki, hücumlar və ixrac marşrutlarının olmaması səbəbindən regionda gündəlik 3 mln. bareldən çox həcmində neft emalı gücüləri dayandırılıb, digər bölgələrdə isə neft emalı xammal çatışmazlığı səbəbindən getdikcə daha çox məhdudlaşacaq.

“Hörmüz boğazı vasitəsilə neft və neft məhsullarının axınları təxminən gündə 20 mln. bareldən minimum səviyyəyə düşdüyü fonunda, bu həyati əhəmiyyətli marşrutun ətrafından keçmək imkanları məhduddur, anbarlar isə dolmaq üzrədir. Buna görə də, Fars körfəzi ölkələri ümumilikdə gündəlik neft hasilatını ən azı 10 mln. barel azaldıblar. Əgər gəmiçilik tez bir zamanda bərpa olunmasa, tədarük daha da azalacaq”, - hesabatda vurğulanır.

Избранный
21
4
apa.az

5Источники