RU

İran Bəhreyndə yanacaq anbarlarını vurub

Qahirə, 12 mart, AZƏRTAC

İran Bəhreynin əl-Mühərrəq vilayətindəki yanacaq anbarlarını vurub. Gecə baş verən hücum nəticəsində yanğın baş verib.

AZƏRTAC BNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik sakinləri zərurət olmadan evdən çıxmamağa, ehtiyatlı olmağa çağırıb.

Bəhreyn Müdafiə Qüvvələri İran ətrafında hərbi əməliyyatlar başlayandan bəri ölkəni hədəfə alan 108 raket və 177 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
38
3
azertag.az

4Источники