RU

İran xarici təzyiqlərə necə tab gətirir? KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ Milli Kəşfiyyat Şurasının hazırladığı məxfi qiymətləndirmədə İrana qarşı daha geniş hərbi hücumların belə ölkənin kök salmış dini və hərbi rejimini devirmək ehtimalının az olduğu qənaətinə gəlinib.

İranın siyasi sistemi və ideoloji strukturu niyə xarici təzyiqlərə qarşı bu qədər dayanıqlı hesab olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib:

“İranla bağlı hələ 1915, 1916, 1917-ci illərdə Pentaqonda çox dərin araşdırmalar aparılırdı. Siyasi elitanın hərbi komandanlığın qarşısında qoyduğu əsas vəzifə o idi ki, onlar əgər yerüstü əməliyyat keçirsələr, necə, harada, və hansı sayda aparmalı olduqlarını analiz edirdilər. Bu araşdırmalar birmənalı qənaətlə bitdi. Dedilər ki, İranla Amerika hərbi əməliyyat aparmalı deyil. Çünki İran çox güclü rəqibdir”.

Politoloqun sözlərinə görə, İranın relyefi, parametrləri, ərazisinin böyüklüyü, silahlı qüvvələrinin bacarıq və hazırlığı Amerika planlarına təhdid törədə biləcək səviyyədə ciddidir.

“İndiki məqamda isə Amerika və onun aləti olan İsrail anladılar ki, İranı boş əllə fəth etmək mümkünsüzdür. İran nə Venesueladır, nə də digər ölkələr”, — deyə Tofiq Abbasov əlavə edib.

İranın gücünün nədən ibarət olduğundan danışan politoloq bildirib:

“İranın idarəçiliyində çox ciddi və mürəkkəb struktur var. İlk növbədə ideoloji sütun çox güclüdür. Təsadüfi deyil ki, bu sistem Xamenei dövrünə gedib çıxır. Çünki o, özü bunun əsasını qoymuşdu. Onlar Vilayəti-Fəqih fəlsəfəsini əsas götürərək, Sahib əz-Zamanın varisləri olduğunu deyirdilər. Bu, ideoloji paradiqmadır. Heç bir ölkədə bu təkrarlanmır. Bunu Vatikanla birləşdirmək olar ki, İsa peyğəmbərin yer üzərində əvəzedicisidir və s. Hətta buna bənzər bir sistem yəhudilərdə sağçı, barışmaz, radikal qanad da var. Onlar da deyirlər ki, İsrail dövləti 3-cü məbədi tikməlidir. Bunlar məsələnin dini və sxolastik tərəfidir”.

Siyasi idarəçilik məsələsinə toxunan T. Abbaslı qeyd edib:

“İranda siyasi idarəçilik çoxpilləlidir. Hətta çox dərin tərzdə düşünülmüş şəkildə özünü büruzə verir. Hal-hazırda İran 31 ostandan (vilayət) ibarətdir. Bunların hər birinin ehtiyat şəkildə idarəolunma sistemi qurulub. Əgər Məşhədlə Tehranın əlaqəsi qırılsa, (zəlzələ, raket və s.) artıq avtomatik olaraq idarəetmə yerli hakimiyyət orqanlarına həvalə olunur”.

“Əgər xaricdən təhdid varsa, həmin qüvvəyə səfərbərlik yolu ilə zərbə endirməlidirlər. Ən əsas məsələ isə sosial zəmində olan proqramın həyata keçməsidir ki, həssas bölgələrə diqqətlərini yetirsinlər. Bu, həm də ümumxalq işdir ki, həm daxili siyasətdə duruş gətirmək, həm də xarici təhdidlərə, risklərə cavab vermək deməkdir”, — deyə politoloq vurğulayıb.

“İsrail yaramaz texnologiyanı istifadə edərək İranda terror aktı həyata keçirdi. Çünki alim və onunla bərabər 13 ailə üzvü də ləğv olundu. İsrailin rejimi dəyişmək arzusu baş vermədi. Bu azmış kimi onlara dərs də olmadı. İsrail Trampa yalvardı, Tramp isə özünəməxsus tərzdə ona dəstək verdi. Guya, İranın nüvə obyektlərini vurdular. Tramp bununlada məsələni bağladı, və üzr istəməyə də bənzədi. Artıq İsrailin hava hücumundan müdafiəsi sıfırlanır. İndi İrana sülh təklif edirlər. İran isə “müharibəni siz başlatdınız, itkilər verdik, müharibənin bitməsini biz həll edəcəyik” deyir. İran sisteminin mürəkkəb və rasional olması indi heç kəsdə şübhə doğurmur”, — deyən politoloq

İranın idarəetməsində iyerarxik yanaşma olduğunu qeyd edib.

Dəniz Pənahova

KONKRET.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
konkret.az

2Источники