Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb.
Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.
Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.